Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan növbəti ağaclar məhəllələrdən götürüldü

18 oktyabr 2019 | 11:00

Oktyabrın 17-də  Yasamal rayonu  Nəriman Nərimanov prospekti 203 ünvanında rayon sakinləri ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü zamanı sakinlər tərəfindən qaldırılan problemlərdən biri də bu ərazilərdə onların həyatı üçün təhlükə yaradan, qəzalı vəziyyətdə olan və  hər an aşaraq evlərinə ziyan vura biləcək qurumuş ağacların götürülməsi ilə bağlı idi.

Sakinləri narahat edən bu məsələnin müsbət həllini təmin etmək məqsədi ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi. Elə görüşdən dərhal sonra icra başçısının rəhbərliyi ilə  bu ərazidə yaşayan sakinlərin həyatı  üçün təhlükə yaradan  qurumuş ağacar, çox böyük ehtiyatla, evlərə heç bir ziyan dəymədən aradan götürüldü və ərazilər təmizləndi.

Keçidlər