Şriftin ölçüsü :

Saytın rəngi :

“Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda tədbir keçirildi

04 oktyabr 2019 | 11:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Yasamal rayon İcra Hakimiyyəti yerli icra hakimiyyətində yaradılmış Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunda “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda təlim keçirilmişdir.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova bildirdi ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mentalitetinin dərin qatlarına söykənir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmışdır. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur.

Mövzu ilə bağlı çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova və Aparat rəhbəri Ceyran Rəhmətullayeva vurğuladılar ki, Müstəqil Azərbaycanda milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı‐seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Ailədaxili zorakılıqdan ən çox zərər çəkənlər uşaqlardır.Ana‐ata arasındakı mənəvi və fiziki basqı altında çox vaxt uşaqlar qalırlar.Valideynlər arasındakı anlaşılmazlıqlardan, davalardan, zorakılıq- dan uşaqların da payına düşür. Ailədaxili zorakılıq zamanı uşağa yönəlmiş istər fiziki, istərsə də mənəvi basqı sərgiləyən hər cür davranış uşağın gələcək həyatında silinməz izlər qoyur.

Yasamal rayon Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri dəyirmi masada onları düşündürən müxtəlif məsələləri müzakirə edərək bir çox məqamlara aydınlıq gətirmişlər.

Keçidlər