Şriftin ölçüsü :

Saytın rəngi :

Ətraf mühitə təhlükə törədən ağacların və qurumuş budaqların kəsilməsi davam etdirilir

28 sentyabr 2019 | 11:00

Sentyabrın 28-də Yasamal rayonunun bir çox ərazilərində, o cümlədən Mətbuat prospektində, Ələsgər Ələkbərov küçəsində uzun illər ərzində quruyaraq insan həyatı, ümumiyyətlə ətraf mühitə təhlükə törədən ağacların və ağacların qurumuş budaqlarının kəsilməsi, budanmış tullantıların ərazidən daşınması və həmin ərazilərin təmizlənməsi işləri davam etdirildi.

Budanma, daşınma və təmizlik işlərinə Yasamal rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin və Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin çoxsaylı işçi qüvvəsi cəlb olunaraq hər an aşma təhlküəsi olan qurumuş ağaclar kəsilərək ərazidən daşınmış və onların tullantılarından ərazilərin təmizlənməsi təmin edilmişdir.

Yasamal rayonunun digər küçə və prospektlərində də ətraf mühitə təhlükə törədən ağacların və ağacların qurumuş budaqlarının kəsilməsi, budanmış tullantıların ərazidən daşınması və həmin ərazilərin təmizlənməsi işləri mərhələli şəkildə davam etdirilir. Kəsilmiş ağacın yerində payız mövsümündə yeni ağaclar əkiləcəyi nəzərdə tutulmuşdur.

Keçidlər