Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbulu keçirildi

26 sentyabr 2019 | 11:00

Sentyabrın 26-da Yasamal rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazisi dairəsində yaşayan sakinlərlə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, vətəndaşların rifahının yaxşılaşdırlması istiqamətində aparılan sosial islahatları bir daha sakinlərin diqqətinə çatdırdı. Ə.Əziziov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin, eləcə də əsaslı sosial infrastruktur layihələrin sürətlə davam etdirilyini bildirdi.

Ə.Əziziov ümummilli lider Heydər Əliyevin siyasətini uğurla həyata keçirən, onun layiqli davamçısı dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülərək, yerində yeni, müasir evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bu gün Yasamal rayonunda da uğurla davam etdirildiyini vurğuladı. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov C.Cabbarlı, F.İbrahimbəyov, S.Salayev və İ.Əbilov küçələrinin bir hissəsində qəzalı vəziyyətdə olan evlərin yerində “Pilot layihə” çərçivəsində yeni, müasir binaların inşa ediləcəyi haqqında sakinləri məlumatlandırdı. O, layihə çərçivəsində həmin evlərdə yaşayan sakinlərin müvəqqəti olaraq başqa mənzillərə köçürüləcəyini, onlara kirayə qalacaqları mənzillərə görə kirayə haqlarının ödənəcəyi və tikinti şirkətlərinin sahibkarları tərəfindən yeni yaşayış binaları inşa olunduqdan sonra orada yaşayan sakinlərin mənzilinin sahəsinə əlavə olaraq 20 faiz daha artıq sahə ilə və təmir olunmuş mənzillərlə təmin ediləcəyini bildirdi.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı çıxışının sonunda bildirdi ki, ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsü və tapşırığına əsasən həyata keçirilən “Pilot layihə” dövlətin vətəndaşına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Yasamal rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər. Sakinləri maraqlandıran məsələlərin müsbət həllini təmin etmək məqsədi ilə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən xidmət strukturlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.

Səyyar qəbul-görüşdən sonra sakinlərin müraciəti nəzərə alınaraq dərhal rayon İcra Hakimiyyətinin başçısının rəhbərliyi ilə görüş keçirilən ərazidəki qurumuş ağacların kəsilməsi ilə yanaşı ətraf mühitə və insan həyatına təhlükə törədən ağaclar da budandı.

Keçidlər