Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Həsən Bəy Zərdabi prospektinin sakinləri ilə görüşdü

19 sentyabr 2019 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində Həsən Bəy Zərdabi prospekti ev 47 ünvanında rayon sakinləri ilə keçirdi.

Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini xatırladaraq, cari ildə Bakının Yasamal rayonu ərazisində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Fondun təşəbbüsü ilə inşa edilən 11 saylı körpələr evi-uşaq bağçasının bu il tikilib başa çatdırıldığını, sovetski deyilən ərazinin sökülərək yerində şəhərimizin ən böyük parkının birinci mərhələsinin sakinlərin ixtiyarına verildiyini bildirdi. O, rayonun bütün ərazisini əhatə edəcək irimiqyaslı abadlıq-quruculuq işlərinin 2019-cu ildə də davam etdiriləcəyini və bu il ərzində daha 24 abad məhəllənin salınacağını qeyd etdi. İcra başçısı həmçinin, H.B.Zərdabi prospekti də daxil olmaqla, rayonun bütün ərazisində təmizlik və yaşıllaşdırma işlərinin aparıldığını bildirdi. O, rayon ərazisində son bir həftə ərzində qurumuş ağacların kəsildiyini və təhlükəli ağacların budandığını qeyd edərək bu işlərin yaxın günlərdə davam etdiriləcəyini də vurğuladı.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər. Sakinləri maraqlandıran məsələlər əsasən qurumuş ağacların kəsilməsi, istilik, ərazinin abadlaşdırılması və su ilə bağlı olduğundan problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.

 

Tədbirdən sonra icra başçısının rəhbərliyi ilə görüş keşirilən ünvanda qurumuş ağacların kəsilməsi ilə yanaşı təhlükəli ağclar da budandı.

Keçidlər