Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda əhalinin siyahıyaalınması ilə bağlı tədbir keçirildi

17 sentyabr 2019 | 11:00

Sentyabrın 17-də Yasamal rayonu 158 saylı tam orta məktəbdə, cari ilin oktyabr ayında həyata keçiriləcək əhalinin siyahıyaalınması tədbirinə hazırlıq məqsədilə maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin məsul şəxsləri və Statistika Komitəsinin əməkdaşları iştirak etdilər.

Tədbirdə “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanının icrası ilə bağlı görülmüş işlərə uyğun olaraq əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı tətbiq ediləcək yeniliklər, siyahıyaalma və sorğu vərəqələrindəki bəndlərin doldurulması qaydaları haqqında tədbir iştirakşılarına ətraflı məlumat verildi. O, cümlədən siyahıyaalma məntəqələrinin müdirlərinə, müavinlərinə və təlimatçılara tədbir müddəti dövründə görülən işin, xüsusilə sorğu vərəqələrin doldurulması qaydaları və qarşıya çıxacaq bütün sualların həlli yolu ətraflı izah olunmuşdur.

Siyahıyaalma zamanı qarşıya çıxacaq problemlərin operativ və vaxtında həlli  üçün Yasamal rayon İcra Hakimiyyətinin də yaxından kömək edəcəyi iştirakçıların nəzərinə çatdırıldı.

Keçidlər