Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda abadlıq-quruculuq işləri

14 sentyabr 2019 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin əsaslı sosial infrastruktur layihələrinin həyata keçirilməsi davam edir. Rayonun bir çox ərazilərində, eləcə də İnşaatçılar prospekti, 7 ünvanında yerləşən 175 və 176 saylı tam orta məktəblərin həyətyanı sahələrində və ətrafında  abadlıq, yenidənqurma və təmizlik  işləri aparılır.

Məktəblərin binalarının yan fasadları bərpa edilərək, müasir üslubda üzlənir və rənglənir. Hər iki məktəbin qarşısındakı giriş pilləkənlərində dəmir-beton və daş hörgü işləri görülür. Məktəbin yol kənarındakı hasarına aqlay üzlüyün vurulur. Şəhərin mərkəzi küçələrindən biri olan İnşaatçılar prospektinə açılan məktəbin həyətyanı sahələrinin ərazisində abadlıq işləri aparılaraq zibillərdən təmizlənir, o cümlədən yaşıllıqların salınması və çəmən əkilməsi, səkilərə tamet plitələrin döşənməsi, asfalt vurulması işlərinə hazırlıq gedir. Ərazidə çoxlu sayda dekorativ ağac, kol, gül bitkilərindən istifadə edərək müasir yaşıllığın yaradılması məktəbyanı sahəni böyük istirahət parkına çevirəcəkdir.

Keçidlər