Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Mətbuat prospektinin sakinlərilə görüşdü

12 sentyabr 2019 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, Mətbuat prospekti18/7 ünvanının sakinləri ilə keçirdi. Səyyar qəbul-görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlərlə bağlı imzaladığı müvafiq Sərəncamlar haqqında geniş məlumat verdi.  Ə.Əzizov xüsusilə Azərbaycan Respublikası Prezidentinin son aylarda imzaladığı fərman və sərəncamlar haqqında danışaraq minimum əməkhaqqının 250 manata çatdırılmasını, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində görülən ciddi sosial addım olduğunu vurğuladı.

İcra başçısı bu il Yasamal rayonunda xüsusilə “Sovetski” deyilən ərazinin sökülərək yerində analoqu olmayan müasir tələblərə cavab verən parkın sakinlərin istifadəsinə verilməsinin də şəhərimiz üçün böyük hadisə olduğunu qeyd etdi. O, cənab prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə, Yasamal RİH ilə birgə rayon üzrə 24 məhəllədə abadlıq-quruculuq işlərinə start verildiyini növbəlilik gözlənilməklə abad məhəllələrin yaradılmasının gələcəkdə bütün həyətləri əhatə edəcəyini bildirdi. Ə.Əziziov növbəti ildə görüş keçirilən ünvanda da abadlıq işlərinin aparılması üçün müvafiq işlərə başlanılacağını bildirdi.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər. Sakinləri maraqlandıran məsələlər əsasən istilik, su və qurumuş ağacların budanması ilə bağlı olduğuna görə onların müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbul-görüşdə sakinləri maraqlandıran suallara ətraflı cavab verərək qaldırılan digər məsələlərin tezliklə həyata keçiriləcəyini və cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verdi.

Tədbirdən sonra icra başçısının rəhbərliyi ilə görüş keşirilən ünvanda qurumuş ağacların kəsilməsi ilə yanaşı təhlükəli ağclar da budandı.

Keçidlər