Şriftin ölçüsü :

Saytın rəngi :

D.Bünyadzadə küçəsi, 8 və 9-cu binaların həyətləri abadlaşdırıldı

07 sentyabr 2019 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun avqustun 29-da rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, D.Bünyadzadə küçəsi, 8 və 9-cu binaların sakinlərilə keçirdiyi səyyar qəbul-görüşü zamanı vətəndaşları narahat edən əsas məsələlərin binanın qarşısına asfalt örtüyünün çəkilməsi və ağacların budanması ilə bağlı idi.

D.Bünyadzadə küçəsində, 8 və 9-cu binaların həyətində qurumuş ağaclar və ağacların qurumuş budaqları kəsilərək ərazidən daşınmış, ərazi abadlaşdırılaraq yeni asfalt örtüyü vurulmuşdur.

Sakinlər binanın həyətində, Yeni Yasamalda və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə başçısı cəhab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər