Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı yarmarkaları fəaliyyətini davam etdirir

07 sentyabr 2019 | 11:00

Yasamal rayonunda Seyfəddin Dağlı küçəsində (Space TV-nin qarşısında), Yeni Yasamal – 2, 8 nömrəli evin arxasında (istirahət parkı ilə üzbəüz), Dadaş Bünyadzadə küçəsi, 7 nömrəli binanın yanında, Şərifzadə və N.Hikmət küçələrinin kəsişməsində və İnşaatçılar metrosunun yanında təşkil olunan kənd təsərrüfatı yarmarkaları fəaliyyətini davam etdirir. Müxtəlif bölgələrindən olan fermerlər, ailə təsərrüfatları əhaliyə mövsümi və xüsusi vasitələrlə saxlanılmış kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Müvafiq qurumlar tərəfindən məhsulların keyfiyyətinə və qiymətlərinə nəzarət olunur. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkaya gətirir və münasib qiymətlərlə alıcılara təklif edirlər.

Avqustun 22-də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun Yasamal rayonu Seyfəddin Dağlı küçəsində, Space TV-nin qarşısında təşkil olunan kənd təsərrüfatı yarmarkasında verdiyi tapşırıqlardan sonra Yasamal rayonu ərazisində təşkil olunan yarmarkaların fəaliyyəti daha da yaxşılaşdırılmış, havalandırma cihazları quraşdırılmışdır. Süni qiymət artımına yol verilməməsinə çox ciddi nəzarət edilir.

Sakinlər məhsulun keyfiyyətindən, xidmətdən və qiymətindən məmnunluqlarını bildirirər.

Keçidlər