Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüş keçirdi

29 avqust 2019 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü avqustun 29-da rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində,  D.Bünyadzadə küçəsində, 8 və 9-cu binanın sakinlərilə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov xüsusilə Azərbaycan Respublikası Prezidentinin son aylarda imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, minimum əməkhaqqının 250 manata çatdırılmasını, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları sakinlərin diqqətinə çatdırdı. 

İcra başçısı Yasamal rayonunda aprılan quruculuq işləri ilə bağlı sakinlərə ətraflı məlumat verərək, son bir ildə Yeni Yasamalda aparılan işlərdən danışaraq, ərazində bütün əsas yollara asfalt örtüyü vurulduğunu, küçə və səkilərin, parkların əsaslı təmir olunduğunu qeyd etdi. 

Əziz Əzizov cənab prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə Yasamal RİH ilə birgə rayon üzrə 24 məhəllədə abadlıq-quruculuq işlərinə start verildiyini, növbəlilik gözlənilməklə abad məhəllələrin yaradılmasının gələcəkdə bütün həyətləri əhatə edəcəyini qeyd etdi. O, yüksək səviyyədə təmir olunaraq başa çatdırılan abad  məhəllələrdən birinin yaxın vaxtlarda Yeni Yasamal ərazisində istifadəyə veriləcəyini vurğuladı.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə başçısına və birinci xanıma öz minnətdarlıqlarını bildirdilər.

Görüşdə vətəndaşları narahat edən əsas məsələlərdən biri binanın qarşısına asfalt örtüyünün çəkilməsi və ağacların budanması ilə bağlı idi. İcra başçısı sakinlərə söz verərək, bir həftə ərzində görüç keçirilən həyətin yen iasfalt örtüyü ilə əvəzlənəcəyini və ərazidə olan qurumuş ağacların budancağını bildirdi.  

Sonda sakinləri narahat edən komunal problemlərlə bağlı xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.

Keçidlər