Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Hüseyn Cavid prospektinin sakinləri ilə görüşdü

22 avqust 2019 | 11:00

Avqustun 22-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində 528-ci məhəllənin sakinlərilə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək möhtərəm cənab Prezident İlham Əliyevin tərəfindən aparılan uğurlu islahatlar haqqında sakinlərə ətraflı məlumat verdi. İcra başçısı ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirərək, regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işlərinin Yasamal rayonunda da yüksələn templə davam etdiyini bildirdi. Daha sonra icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, yolların salınması və əsaslı təmir edilməsini, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğuladı. İcra başçısı cənab prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə SOCAR-şirkəti, Yasamal RİH ilə birgə rayonu üzrə 24 məhəllədə abadlıq-quruculuq işlərinə start verildiyini nöbəlilik gözlənilməklə artıq bu işlərə başlanıldığını bildirdi və yaxın gələcəkdə belə quruculuq işlərinin 528-ci məhələdə həyata keçiriləcəyini bətan etdi.

Rayonun 528-ci məhəllənin sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər. Sakinləri maraqlandıran məsələlər əsasən yaşılıqların budanması, və həyətlərdə abadlıq işlərinin aparılması ilə bağlı idi .

İcra başçısı sakinlərin problemlərinin vaxtında və tam şəkildə həlli üçün dövlət tərəfindən bütün köməklilklərin göstəriləcəyini, ölkə başçısının dəstəyi ilə Azərbaycanın bütün şəhər və qəsəbələrində olduğu kimi Yasamal rayonunda da qurucluq işlərinin yüksək templə davam etdiriləcəyini qeyd etdi. O, sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər