Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu Yasamal rayonunun da aztəminatlı ailələrinə də qurban payları çatdırdı.

12 avqust 2019 | 11:00

Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır.

Ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb. Heydər Əliyev Fondunun əməkdaşları və Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri respublika üzrə ünvanlı sosial yardım alan, eləcə də aztəminatlı ailələlərə bayram sovqatları çatdırıblar. Bayram sovqatlarının paylanılması avqustun 13-dək davam edəcək. Ümumilikdə 70 minə yaxın ailənin, Yasamal rayonu üzrə isə 1000-dən çox ailənin bayramı təbrik edilərək, onlara Qurban bayramı münasibətilə qurban payları çatdırılır.

Heydər Əliyev Fondunun nümayəndələri mütəmadi olaraq müxtəlif bayramlarda aztəminatlı ailələrə baş çəkərək onlara Fondun adından sovqatlar təqdim edirlər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.

Keçidlər