Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda Qurban bayramında qurbanlıq heyvanların kəsimi qaydalara uyğun həyata keçirildi.

12 avqust 2019 | 11:00

Hər zaman milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşan Azərbaycan xalqı Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. Bu bayram cəmiyyətimizdə mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilir. Adi günlərlə müqayisədə daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyi Qurban bayramında qurbanlıq heyvanın kəsiminin qaydalara uyğun, sanitar-gigiyena tələbləri çərçivəsində həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir.

Bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Yasamal rayon İcra Hakimiyyəti ilə birgə Yasamal rayonunda 4 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına verildi. Çadır tipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaşı onların kəsimi, hazırlanması və digər xidmətlər göstərildi.Sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda, baytarlıq arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir. Yeni yaradılan kəsim məntəqələri də bu məqsədə xidmət edir.

Adi günlərlə müqayisədə daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyi Qurban bayramında qurbanlıq heyvanın kəsiminin qaydalara uyğun, sanitar-gigiyena tələbləri çərçivəsində həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir. Ona görə də Qida Təhlükəsizliyi Agentliyi və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən bayram günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçirilib.

Bu çadırtipli heyvan kəsimi məntəqələrində heyvanların kəsimi, təmizlənib hazırlanması, hazır məhsulun sifarişçiyə təhvil verilməsi üçün hər cür şərait yaradılıb.

Çadırtipli kəsim məntəqələri dezinfeksiya oluna bilən, tozun qarşısını alan xüsusi materialdan hazırlanıb. Məntəqənin daxili döşəməsi də xüsusi materiallardan hazırlanıb və drenaj sistemi ilə təmin edilib ki, bu da kəsim zamanı heyvanın qanı və digər axıntıların kanalizasiya vasitəsilə kənarlaşdırılmasına, nəticədə ətraf ərazilərin çirklənməsinin qarşısının alınmasına imkan verir. Qurbanlıq heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün paslanmayan metallardan hazırlanan, gigiyenik tələblərə uyğun lazımi avadanlıqlarla təchiz edilib.

Çadırın yaxınlığında heyvanın dərisi və digər tullantıların daşınması üçün nəzərdə tutulan xüsusi konteynerlər qoyulub və həmin tullantılar dərhal ərazidən daşınır.

Keçidlər