Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə xeyriyyə tədbiri təşkil olundu

11 avqust 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə xeyriyyə tədbiri keçirdi.

Böyük Vətən müharibəsi, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, “Qızıl Aypara”, Gözdən əlillər, Əlil Qadinlar, Çernobıl və 20 Yanvar şəhid və əlilləri cəmiyyətləri, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayonun aztəminatlısakinlərinin, rayonda məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə təşkil olunan tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək hər kəsi müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik etdi, müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət dilədi. Qeyd etdi ki, bütün dualarımız Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bu gün ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu tolerant Azərbaycanda Prezident İlham Əliyev tərəqqi, rifah, sülh və sabitlik yoluna sadiq qalaraq, birlik və qardaşlıq dini olan İslam dininin ümumbəşəri mahiyyətinə böyük hörmətlə yanaşır. Məhz buna görə Azərbaycanda milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban bayramı hər il böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunur.

Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin, xalqımızın sosial-iqtisadi inkişafı və firavanlığı üçün dualar oxunur, şəhid Azərbaycan övladlarının xatirəsi ehtiramla yad edilir.

Qurban Bayramı ilə əlaqədar Yasamal rayonunda yaşayan şəhid ailələri,Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 2000-dən çox ailəyə qurban payları paylandı.

Keçidlər