Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yeni Yasamal sakinləri ilə səyyar qəbul-görüş keçirdi

25 iyul 2019 | 11:00

İyulun 25-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun 4 nömrəli sahə inzibati dairəsinin ərazisində, Yeni Yasamal II, 10 saylı binanın həyətində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Görüşdə icra başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğuladı. O, xüsusilə Yeni Yasamal ərazisində son bir ildə aparılan quruculuq işlərindən danışaraq rayon ərazisində iri miqyaslı abadlıq-quruculuq işlərinin cari ildə də davam etdirildiyini və bu il ərzində daha 24 abad məhələnin salınacağını qeyd etdi.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Görüşdə sakinlər tərəfindən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova Yeni Yasamal II, 10 saylı binanın qəzalı vəziyyətdə olması, eyni zamanda, həmin ərazidə uzun illər əvvəl tikintisi yarımçıq qalmış yaşayış binasında məskunlaşan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi, həmçinin, abad həyətlərin yaradılması, istilik xəttinin yararsız vəziyyətdə olması, liftin quraşdırılması və digər sosial məsələlərlə bağlı müraciətlər olundu.

İcra başçısı sakinləri maraqlandıran suallara ətraflı cavab verərək qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini bildirdi və cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verdi.

Keçidlər