Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yeni Yasamal sakinləri ilə görüşdü

27 iyun 2019 | 11:00

Iyunun 27-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində Yeni Yasamal və Meqa city MTK-nın sakinləri ilə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov xüsusilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il iyunun 18-də imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqının 250 manata çatdırılmasını, demək olar ki, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatların davamlı, dayanıqlı olduğunun sakinlərin diqqətinə çatdırdı.  Əziz Əzizov Prezident İlham Əliyevin 2019-cu ilin ilk aylarından başlayaraq ölkəmizdə apardığı sosial-iqtisadi islahatlar haqqında sakinlərə ətraflı məlumat verdi. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, minimum əmək haqqı məbləğinin artırılması, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və Prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə də sakinləri məlumatlandırdı.

Daha sonra icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğuladı. O, xüsusilə Yeni Yasamal ərazisində son bir ildə aparılan quruculuq işlərindən danışaraq rayon ərazisində iri miqyaslı abadlıq-quruculuq işlərinin  2019-cu ildə də davam etdiriləcəyini və bu il ərzində daha 24 abad məhələnin salınacağını qeyd etdi.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər. Sakinləri maraqlandıran əsas problemlər Yeni Yasamal ərazisində MTK-ların idarəedilməsində yaranmış vəziyyət oldu. İcra başçısı bəzi işbazların illər əvvəl yaratdıqları bu kimi özbaşınalıqların həlli üçün dövlət tərəfindən vətəndaşlara bütün köməklilklərin göstəriləcəyini bildirdi. O, problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər