Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə tədbiri keçirildi

24 iyun 2019 | 11:00

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 24 iyun 2019-cu il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə bayram tədbiri keçirildi.

Tədbir açıq elan edildikdən sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbir iştirakçılarını salamladı və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi qulluqçularının timsalında Azərbaycan Silahlı Qüvvələrtinin hərbçilərini qarşıdan gələn Silahlı Qüvvələr günü münasibətilə təbrik etdi, respublikamızın ərazi bütövlüyü uğrunda göstərdikləri şərəfli xidmətdə uğurlar arzuladı. Əziz Əzizov bildirdi ki, Azərbaycan ordusu indi regionun ən güclü ordusu olmaqla yüksək peşəkar əsgər və zabit heyətinə malikdir. Aprel döyüşləri zamanı xalqımızın, o cümlədən ordumuzun yüksək hərbi-vətənpərvərlik ruhunu bir daha nümayiş etdirdi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında torpaqlarımızın yaxın zamanlarda düşmən tapdağından azad olunacağına əminlik yaradır.

Sonra rayon yeniyetmə və gəncləri arasında hərbi-vətənpərvərlik tərbiyəsinin təbliğində göstərdiyi səmərəli fəaliyyətinə görə və “26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü” ilə əlaqədar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin biq qrup hərbi qulluqçusu Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edildi.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra populyar ifaçıların iştirakı ilə geniş konsert proqramı nümayiş etdirildi.

Bayram tədbirində Millət Vəkili Ülvi Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Polad İbrahimov, «Cabir Novruz» Mədəniyyət Fondunun prezidenti Cavanşir Qurbanov, «Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri» İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev və digər şəxslər iştirak etdi.

Keçidlər