Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonu 2 nömrəli Bakı Baza Tibb kollecində Məzun günü keçirildi.

24 iyun 2019 | 11:00

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, Elm, Təhsil şöbəsinin müdir müavini Səidə Rüstəmova və kollecin tələbə-müəllim heyəti iştirak etdi.

Tədbiri Kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq qeyd etdi ki, bu gün 7 ixtisas üzrə 527 tələbə məzun adına layiq görülüb. O, kollecin yaranma tarixindən, məzunların şərəfli bir peşəyə yiyələnmələrindən danışdı. Kollecin rəhbəri gələcəyin tibb işçilərinə şərəfli və məsuliyyətli işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı.

Maraqlı nitqi ilə məzunları Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov təbrik edərək vurğuladı ki, ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən dövlət quruculuğu ilə yanaşı, gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini cəmiyyətin mühüm vəzifəsi hesab edib. Bu gün də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakına xüsusi diqqət yetirilir. Sonra Əziz Əzizov valideynləri, müəllim heyətini və tələbələri məzun günü münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində Tibb Kollecinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyə çağırdı.

Məzun adı alan tələbələr də öz növbələrində kollecdə yaradılmış şəraitə rəhbərliyə minnətdarlıqlarını bildirdilər.

Digər qonaqlar da çıxışları ilə təbriklərə qoşuldular.

Sonra məzunların “Andiçmə” mərasimi keçirildi. Rəsmi hissənin sonunda oxuduğu müddətdə yüksək təhsil göstəriciləri və ictimai fəallığı ilə seçilən bir qrup məzun tələbələr kollecin Fəxri Fərman və hədiyyələrilə təltif olundu.

Tədbirin bədii hissəsində məzunların 3 il təhsil aldıqları müddətdə tələbə həyatından bəhs edən qısa film nümayiş olundu. Daha sonra tələbələrin hazırladığı şeir kompozisiyaları, videoçarx, musiqi nömrələri, kollecin “Şəfa” rəqs qrupu, “Təbib” xor qrupu ifasında çıxışlar bir-birini əvəz etdi.

Keçidlər