Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda 5 ünvanda təşkil olunan kənd təsərrüfatı yarmarkaları fəaliyyətini davam etdirir

22 iyun 2019 | 11:00

Yasamal rayonunda 5 ünvanda – Seyfəddin Dağlı küçəsində (Space TV-nin qarşısında),  Yeni Yasamal – 2, 8 nömrəli evin arxasında (istirahət parkı ilə üzbəüz), Dadaş Bünyadzadə küçəsi, 7 nömrəli binanın yanında, Şərifzadə və N.Hikmət küçələrinin kəsişməsində və İnşaatçılar metrosunun yanında təşkil olunan kənd təsərrüfatı yarmarkaları fəaliyyətini davam etdirir. Müxtəlif bölgələrindən olan fermerlər, ailə təsərrüfatları əhaliyə mövsümi və xüsusi vasitələrlə saxlanılmış kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Müvafiq qurumlar tərəfindən məhsulların keyfiyyətinə və qiymətlərinə nəzarət olunur. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkaya gətirir və münasib qiymətlərlə alıcılara təklif edirlər.

Yarmarkalarda qiymət bazarlardan xeyli aşağıdır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır.

Yasamal rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov yarmarkanın fəaliyyəti ilə yaradılan şəraitlə tanış olub. Qeyd edib ki, dövlətimizin başçısının tapşırığı əsasında təşkil edilən bu yarmarkalar kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə sata bilmələri, əhalinin isə ucuz qiymətə bu məhsulları alması üçün təşkil olunub.

Keçidlər