Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı qeyd olundu

21 iyun 2019 | 11:00

23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi elan edilməsi qərara alınıb.

Dövlət Qulluqçularının peşə bayramı Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatında da qeyd olundu. Tədbiri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açaraq dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. O bildirdi ki, Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatları uğurla davam etdirir. Bu islahatlardan məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb, onun Əsasnaməsi təsdiq edilib. Ölkədə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.

Tədbirdə çıxış edənlər Yasamal rayon prokuroru Rasim Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Polad İbrahimov, Qarabağ Müharibəsi əlilləri, veteranları, şəhid ailələri İctimai Birliyinin rayon təşkilatının sədri Bəhram Şeydayev möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər və qeyd etdilər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar.

Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Yasamal Rayon İcra Hakimiyyəti başçısı aparatının bir qrup əməkdaşları rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Fəxri Fərmanlarla təltif olundular.

Keçidlər