Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Milli Qurtuluş gününə həsr olunan bayram konserti

15 iyun 2019 | 11:00

Milli Qurtuluş gününə həsr olunan tədbirlər çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal rayonunun mərkəzi parkında izdihamlı bayram konserti keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Bələdiyyəsinin sədri və üzvləri, Yasamal rayon Heydər Əliyev Mərkəzinin və Gənclər və İdman idarəsinin əməkdaşları, rayonun tam orta, orta ixtisas və ali məktəbləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon sakinləri iştirak etdilər.

Mərkəzi parkda quraşdırılmış səhnədə tamaşaçılara tanınmış müğənnilər – Azərbaycan Respublikasının Əməkdar artistləri Elza Seyidcahan, Nüşabə Ələsgərli, Cavanşir Məmmədov, Nuray Rəhman ailəsi, tanınmış incəsənət ustaları, İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin mahnı və rəqs qruplarının ifasında konsert proqramı təqdim olundu. Böyük izdihamla müşaiyət olunan tədbirdə ifaçıların mahnı və rəqsləri tamaşaçılar tərəfindən maraqla qarşılandı. Tədbir boyu Azərbaycan bayrağının əzəmətlə dalğalandığı səhnədə bayram fişəngləri havaya buraxılırdı. Mərkəzi parkda istirahət edən sakinlər əsl bayram coşğusu yaşadılar.

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılmış Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağ və Füzuli küçəsi boyunca salınan Mərkəzi Park Yasamal rayonunun, eləcə də paytaxt sakinlərinin sevimli istirahət mərkəzinə çevrilibdir.

Keçidlər