Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz Əzizov Şərifzadə küçəsinin sakinləri ilə görüşüb

13 iyun 2019 | 11:00

İyunun 13-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində A.Şərifzadə küçəsində 104-cü binanın sakinlərilə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək möhtərəm cənab Prezident İlham Əliyevin tərəfindən aparılan uğurlu islahatlar haqqında sakinlərə ətraflı məlumat verdi. İcra başçısı ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirərək, regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işlərinin Yasamal rayonunda da yüksələn templə davam etdiyini bildirdi. Bunun bariz nümünəsi kimi iyunun 13-də Bakının Yasamal rayonu ərazisində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə 11 saylı körpələr evi-uşaq bağçasının açılışı olduğunu sakinlərin diqqətinə çatdırdı. Ə.Əziziov Ümummilli liderin siyasətini uğurla həyata keçirən onun layiqli davamçısı dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülərək, yerində yeni, müasir evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin bu gün Yasamal rayonunda da uğurla davam etdirildiyini vurğuladı. “Pilot layihə” çərçivəsində rayon ərazisində 18 qəzalı binanın sökülərək, yerində yeni evlərin tikilməsi nəzərdə tutulduğunu qeyd edən icra başçısı A.Şərifzadə küçəsində 104-cü binanın yerində inşa ediləcək yeni “Pilot layihə” haqqında bina  sakinlərini məlumatlandırdı. O, layihə çərçivəsində həmin binalarda yaşayan sakinlərin müvəqqəti olaraq başqa mənzillərə köçürüləcəyini, sahibkarlar tərəfindən bina inşa olunduqdan sonra orada yaşayan əhaliyə mənzilinin sahəsinə əlavə olaraq 20 faiz miqdarında əlavə sahə ilə təmin ediləcəyini bildirdi.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışının sonunda bildirdi ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Pilot layihə” dövlətin vətəndaşına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər. Sakinləri maraqlandıran məsələlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.

Keçidlər