Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda sakinlərlə növbəti görüş

07 iyun 2019 | 11:00

İyunun 7-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, Mutuza Muxtarov küçəsi 205 ünvanında sakinlərlə keçirdi. 60 saylı orta məktəbin həyətində təşkil olunan səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək möhtərəm cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tərəfindən aparılan islahatlar və qoyulan tələblərlə bağlı sakinlərə ətraflı məlumat verdi.

İcra başçısı Yasamal rayonunda xüsusilə “Sovetski” deyilən ərazinin sökülərək yerində analoqu olmayan müasir tələblərə cavab verən parkın sakinlərin istifadəsinə verilməsinin şəhərimiz üçün böyük hadisə olduğunu bildirdi. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin artırılması, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və Prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə də sakinlər məlumatlandırıldı.

İcra başçısı cənab prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə SOCAR-şirkəti, Yasamal RİH ilə birgə rayon üzrə 24 məhəllədə abadlıq-quruculuq işlərinə start verildiyini növbəlilik gözlənilməklə abad məhəllələrin yaradılmasının gələcəkdə bütün həyətləri əhatə edəcəyini bildirdi.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. İcra başçısı gənclərin bizim gələcəyimiz olduğunu qeyd edətrək, keçirilən bu kimi görüşlərdə onların iştirak etməsinin vacibliyini vurğuladı.

Görüşdə vətəndaşları narahat edən əsas məsələlərdən də biri məktəblərdə şagird sıxlığı ilə bağlı oldu. Sakinlər iki növbəli tədrisdən narazılıqlarını bildirdilər. İcra başçısı bu problemin həlli üçün yeni təhsil korpusunun tikilməsinin vacibliyini qeyd edərək, yaxın gələcəkdə bununla bağlı müvafiq dövlət qurumlarına müraciət olunacağını valideynlərin diqqətinə çatdırdı.

Sonda sakinləri narahat edən digər komunal problemlərlə bağlı onların müsbət həllini təmin etmək məqsədilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.

Keçidlər