Şriftin ölçüsü :

Saytın rəngi :

“Dərs” adlı filmin nümayişi oldu

30 may 2019 | 11:00

Filmi Azərbaycan aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Rafiq Əliyev, Yasamal rayon 153 və 158 saylı tam orta məktəblərin şagirdləri və psixoloq müəllimlər Almaz Qasımova və Zeynəb Rəfiyeva izlədilər.

İlk öncə tədbir iştirakçıları Mərkəzin “Muzey” bölməsində yerləşən ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib əziz xatirəsini yad etdilər.

Tədbiri giriş sözü ilə Mərkəzin baş fond mühafizi Azər Zeynalzadə açaraq qonaqları salamladı və tədbir haqqında ətraflı məlumat verdi.

Filmin rejissoru Rafiq Əliyev çıxışında “Dərs” filminin 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırıldığını, əsərin uşaqların məktəb və şəxsi həyatlarından bəhs olunduğunu bildirdi. Filmdə əsas rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Camal İbrahimov və Kamal İbrahimov ifa edirlər. Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs etdi.

Müəllim Almaz Qasımova öz çıxışında bildirdi ki, davranış qaydaları şagirdlərə öyrədilərkən onların psixologiyası nəzərə alınmaqla müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə nail olmalıdır. Çünki, şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və qanunlara əməl etməsi üçün elə məktəb dövründə sadəlik-mürəkkəblə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir.

Filmin sonunda mövzu ilə bağlı diskussiya keçirildi.

Keçidlər