Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda növbəti səyyar qəbul-görüş keçirildi

23 may 2019 | 11:00

Mayın 23-dəYasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində Akim Abbasov 2 ünvanında sakinlərlə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək möhtərəm cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tərəfindən aparılan islahatlar haqqında sakinlərə ətraflı məlumat verdi. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, minimum əmək haqqı məbləğinin artırılması, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və Prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə də sakinləri məlumatlandırdı.

İcra başçısı cənab prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə SOCAR-şirkəti, Yasamal RİH ilə birgə ötən ilin əvvəlindən başlayaraq mövcud problemlərin həllinə yönəlmiş və hal-hazırda davam etdirilən, yaxın gələcəkdə rayonun bütün ərazisini əhatə edəcək iri miqyaslı abadlıq-quruculuq işlərinin  2019-cu ildə də davam etdiriləcəyini və bu il ərzində daha 24 abad məhələnin salınacağını qeyd etdi. İcra başçısı abad məhəllələrin yaradılmasının gələcəkdə rayonun bütün həyətlərini əhatə edəcətyni bildirdi.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. İcra başçısı gənclərin bizim gələcəyimiz olduğunu qeyd edətrək, keçirilən bu kimi görüşlərə gənclərində iştirak etməsinin vacibliyini sakinlərin diqqətinə çatdırdı.

Görüşdə vətəndaşları narahat edən məsələlər əsasən liftlərin yararsız vəziyyətdə olması, istilik, sahibsiz itlərin verdiyi narahatlıq və zibilin daşınması ilə bağlı olduğuna görə onların müsbət həllini təmin etmək məqsədilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

 

Keçidlər