Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda abadlıq-quruculuq işləri geniş vüsət alıb

18 may 2019 | 11:00

Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işlərinə xüsusi yer ayrılır. Bir çox küçə və prospektdə yaşayış binları və parkların müasir üslubda bərpası, yol infrastrukturunun yenidən qurulması davam etdirilir.

Paytaxtda aparılan hərtərəfli sosial-iqtisadi inkişaf Yasamal rayonundan da yan keçməyib. Ölkənin cənub istiqamətinə çıxış kimi çox böyük strateji əhəmiyyəti olan Əsəd Əhmədov küçəsi yenidən qurulub. Yeni Yasamal yaşayış massivində yerləşən, baxımsız vəziyyətdə qalmış istirahət parkı əsaslı şəkildə yenidən qurulub.

Dövlət başçısının tapşırığına əsasən, yaşayış məhəllələrinin abadlaşdırılması istiqamətində işlər daha da sürətləndirilib. Ötən il Rayon ərazisində 18 məhəllədə abad həyət yaradılıb.

Bu il daha 24 abad həyətin yaradılması istiqamətində iri həcmli və geniş miqyaslı işlər həyata keçirilir. Bunlardan biri olan Yeni Yasamal - 2, ev 8 və 9-un həyətində salınan yeni abad məhəllədə işlər böyük sürətlə və yüksək səviyyədə aparılır. Binalar təmir olunur, rənglənir, komunikasiya xətləri yenilənir, bloklar təmir olunur, qapılar qoyulur, ümumi sitifadə yerləri şüşələnir, həyətdə idman meydançası, uşaqlar üçün oyun meydanı, söhbətgahlar, oturacaqlar quraşdırılır. Bir sözlə tam müasir parka çevrilir.

Keçidlər