Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi

14 may 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov iclası giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasının keçirilməsi barədə məlumat verdi.

İclasda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yasamal rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış etdi. Hesabat məruzəsində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd etdi ki, 2019-cu ilin birinci rübündə respublikamızda həyata keçirilən islahatlar Yasamal rayonunun da iqtisadi göstəricilərinə öz müsbət təsirini göstərmişdir.

Yasamal rayon İcra Hakimiyyəti rayon sakinlərinin sosial problemlərinin əsaslı surətdə aradan qaldırılması ilə bərabər məşğulluq məsələlərinin müsbət həllini prioritet vəzifələrdən biri hesab edir. Birinci rübdə Yasamal rayon Məşğulluq Mərkəzinə 1205 nəfər müraciət etmiş, onların 997 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyata alınmış, onlardan 687 nəfər daimi işlə təmin edilmişdir. I rübdə ictimai işlərə cəlb olunmaları üçün Yasamal rayonuna 955 sosial işçi ştat vahidi verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən yaşayış məhəllələrinin abadlaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Cari ilin əvvəlindən başlayaraq Yeni Yasamal-2 yaşayış massivində 4 və 5, 8 və 9 nömrəli evlərin, Parlament prospekti 2, 4 və 6 B nömrəli evlərin qarşısında, Talıblı küçəsi 36, 40 və 42, H.Zərdabi küçəsi 77, 81, 81 A və 87 nömrəli evlərin ətrafında abadlıq işlərinə başlanılmışdır. Yeni Yasamal-1 yaşayış massivində 1, 2, 3, 4, 7, 8, 10, 11 və 12 nömrəli evlərin həyətlərində abadlıq işlərinin aparılması nəzərdə tutulur.

H.Cavid prospekti 35, 39, 41, 43, 45, 47, 49, 51, 53 və 63 nömrəli, Ə.Ələkbərov küçəsi 13 A, T.Şahbazi küçəsi 99, 104, 104 A, 108, Ə.Haqverdiyev küçəsi 11 və digər ünvanlarda 8500 kv.m asfalt örtüyü təmir olunmuşdur.

Qanunsuz tikililərə qarşı mübarizə tədbirləri davam etdirilərək A.M.Şərifzadə küçəsində Texniki Universitetin tələbə şəhərciyinin ərazisində 12 ədəd qeyri-qanuni tikilmiş yöndəmsiz köşklər sökülmüş, zəbt edilmiş böyük bir ərazidə metal çəpərlər ləğv edilərək ərazi təmizlənmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarının icrası ilə bağlı işlər davam etdirilir. “Pilot Layihə çərçivəsində başlanmış inşaat işləri uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həllini tapan “Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsinin növbəti mərhələsinin icrası Yasamal rayon İcra Hakimiyyəti tərəfindən uğurla başa çatdırılmaq üzrədir.
Hal-hazırda Yasamal rayonunda dövlət əhəmiyyətli daha bir tədbirin - Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında “Mənzil İnşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən “Qanlı Göl”ün şimal hissısində 11,6 hektar torpaq sahəsində tikinti işləri davam etdirilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışına qoşularaq Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhərində hal-hazırda ən aktual məsələlərdən biri olan körpələr evi-uşaq bağçalarındakı sıxlığın aradan qaldırılması istiqamətində işlərin tərkib hissəsi kimi 160 yerlik 11 nömrəli körpələr evi-uşaq bağçası sökülərək 200 yerlik yeni, daha müasir, azyaşlıların hərtərəfli inkişafına və komfort şəraitdə saxlanmalarına imkan verən məktəbəqədər müəssisənin inşası başa çatdılmışdır. Körpələr evi-uşaq bağçası bütün zəruri inventar və ləvazimatlarla təmin olunmuşdur, ətraf ərazidə abadlıq işləri aparılaraq yaxınlıqdakı 12 qaraj köçürülmüş, yaşayış binalarının fasadında təmir işləri aparılımış və rənglənmişdir. Körpələr evi-uşaq bağçası istifadəyə tam hazır vəziyyətdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial problemlərinin daim diqqət mərkəzində saxlanılmasına dair tapşırıqlarının icrası Yasamal rayon İcra Hakimiyyəti tərəfindən əsasən təmin edilmişdir.

Hesabat iclasında Pediatriya Elmi-Tədqiqat İnstitutunun direktoru Nəsib Quliyev, Yasamal rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüfət Mərdanov, Dövlət Sosial Müdafiə Fondu Yasamal rayon şöbəsinin müdiri Xalis Həsənov və Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Niyaz Əliyev məruzə ətrafında çıxışlar etmişlər. Hesabat iclasının sonunda Yasamal rayon İcra Hakimiyyəti Başçısının yanında Şuranın qərar layihəsi müzakirəyə çıxarılaraq qəbul olunmuşdur

Keçidlər