Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda dahi lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş KİTAB FESTİVALI keçirildi

09 may 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yasamal rayon parkında ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunan möhtəşəm “KİTAB FESTİVALI” keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  Milli Məclisin deputatları Qənirə Paşayeva, Fəzail İbrahimli, Jalə Əliyeva, Elmira Axundova, cəmiyyətimizdə tanınan, kifayət qədər sözünü deyən ziyalılar, Universitet rektorları, akademiklər, ölkəmizin tanınmış alimləri, incəsənət nümayəndələri, yasamal rayonunun gəncləri və ictimaiyyət nümayəndələri də iştirak etdilər.

Tədbirin açılışı ilk olaraq tədbir iştirakçılarının Fəxri xiyabana ziyarəti ilə başladı. Ulu öndərimizin və onun xanımının məzarı üzərinə gül dəstələri, əklillər qoyulduqdan sonra "Azərkitab” Kitab Təbliğatı Mərkəzinin həyətində tədbirə start verildi.

Öncə qonaqlar açıq havada təşkil olunmuş kitab sərgisi ilə tanış oldular. Festival çərçivəsində satışa 2500-dən çox kitab çıxarıldı, 15 müəllifin imza günü keçirildi.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ulu öndər Heydər Əliyevin kitaba, təhsilə, biliyə verdiyi qiymətdən, misilsiz tarixi xidmətlərindən, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir müstəqil  Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolundan danışdı.Bildirdi ki, Azərbaycan xalqının həyatında və tarixində çox mühüm rol oynamış dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ölkəmizin hər yerində yüksək səviyyədə qeyd edilir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün əsl məktəb olduğunu vurğuladı.

"Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Sabir Həsənov bildirdi ki, bu mərkəz vaxtı ilə fəaliyyət göstərən "Azərkitab”ın mənəvi varisidir və mərkəzin qapıları hər kəsin üzünə açıqdır:  Sovet dönəmində "Azərkitab” adlı bir qurum fəaliyyət göstərirdi. Sovetlər birliyinin dağılması ilə "Azərkitab”ın fəaliyyətinə son qoyuldu. Nəhayət ki, bu mərkəzi açmaqla məqsədimiz kitaba dönmək, gənclərimizi pis vərdişlərindən çəkinməkdən ibarətdir.

Çıxış edənlər ulu öndər Heydər Əliyevin kitaba, oxumağa nə qədər dəyər verdiyindən,onun əsas məqsədi Azərbaycanı dünyaya tanıtmaq, ölkəmizin reallıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, iqtisadiyyatımızı dirçəltmək olduğundan söz açdılar.

Tədbir incəsənət ustalarının təqdim etdiyi möhtəşəm konsert proqramı ilə davam etdirildi.

Keçidlər