Şriftin ölçüsü :

Saytın rəngi :

«Mənəvi böhran və narkomaniya» mövzusunda seminar-müşavirə keçirildi.

01 may 2019 | 11:00

Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1. bəndinə müvafiq olaraq gənclərin sağlam həyat tərzi ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi məqsədilə 01 may tarixdə 21 nömrəli tam orta məktəbin akt zalında «Mənəvi böhran və narkomaniya» mövzusunda seminar müşavirə keçirilmişdir. Tədbirdən öncə rayon gənclərinin «Narkomaniyaya-YOX!» mövzusunda çəkdikləri rəsm işlərindən ibarət sərgi nümayiş etdirildi.

Tədbirdə Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin əməkdaşı Tural Hüseynzadə, Bakı şəhər Narkoloji Dispanserin baş həkimi Qalib Məmmədov, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi Anar Süleymanov, Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının baş müəllimi Tünzalə Verdiyeva iştirak edərək mövzu ətrafında çıxışlar etdilər. Çıxışlar bitdikdən sonra mövzular ətrafında diskussiyalara start verildi, nümayəndələr tərəfindən iştirakçılarının çoxsaylı sualları dolğun şəkildə cavablandırıldı.

Tədbirdə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri, orta ümumtəhsil məktəblərinin psixoloqları, Uşaq Birliyi Rəhbərləri və yuxarı sinif şagirdləri, bir sıra gənclər təşkilatlarının nümayəndələri iştirak etdilər.

Keçidlər