Şriftin ölçüsü :

Saytın rəngi :

“Cəfər təbiətin möcüzəsidir” adlı ədəbi-bədii gecə keçirildi

03 may 2019 | 11:00

Mayın 3-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş “Cəfər təbiətin möcüzəsidir” adlı ədəbi-bədii gecə keçirildi. Tədbir Könüllülər Kitabxana İctimai Birliyinin, Cəfər Cabbarlı ev muzeyinin, Cabir Novruz Mədəniyyət fondunun, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 dekabr 2018-ci il tarixində “Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi” haqqında sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub. Tədbirlər planında il ərzində görkəmli ədibin yubileyinin mədəniyyət, elm və təhsil ocaqlarında müxtəlif səpgili tədbirlərdə qeyd olunması nəzərdə tutulur. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Cəfər Cabbarlı ocağının yadigarları , onun nəvələri – Cəfər Cabbarlı ev-muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı və Bəhlul Abbasov, vaxtilə Cəfər Cabbarlının müəllimi olmuş böyük şairimiz Abdulla Şaiqin nəvəsi, onun adını daşıyan ev-muzeyinin direktoru filologiya üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə, Respublika Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə və digər qonaqlar iştirak etdi.

Gecədə Cəfər Cabbarlının həyat və yaradıcılığını əks etdirən videoçarxlar, onun səhnələşdirilmiş əsərlərindən parçalar nümayiş olundu.Tədbir boyu görkəmli incəsənət ustalarının çıxışları: Azərbaycan bəstəkarı, müğənni, I dərəcəli vokalist, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Elza Seyidcahan, Azərbaycan opera müğənnisi, Azərbaycanın və Dağıstanın Xalq artisti, professor Azər Zeynalov,Nadir Qafarzadə, Nicat Nəcəfzadə, bədii qiraət ustaları Azərbaycan teatr, kino və dublyaj aktrisası, Azərbaycanın əməkdar artisti Hüsniyyə Mürvətova, Cəfər Cabbarlı mükafatı laureatı, diktor Eldost Bayram və digərlərinin Cəfər Cabbarlı yaradıcılığından ifaları tamaşaçılara böyük zövq verdi.

Tədbir Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tam versiyada lentə alındı.

Keçidlər