Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Yeni Yasamalda rayon sakinləri ilə görüşü keçirilib
Mayın 2-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində Yeni Yasamal yaşayış massivində Murad Mirzəyev küçəsi bina 4 və 5-ci binanın sakinləri ilə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Aprelin 30-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tərəfindən aparılan liberal dəyərlərə əsaslanan dayanıqlı islahatlar haqqında sakinlərə ətraflı məlumat verərdi. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, minimum əmək haqqı məbləğinin artırılması, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və Prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə də sakinləri məlumatlandırdı.
İslahatların dövlətimizi gücləndirəcəyini, iqtisadiyyatımızı daha yüksək inkişaf mərhələsinə qaldırmaqda ciddi rol oynayacağını diqqətə çatdıraraq yaxın gələcəkdə əhalinin sosial vəziyətinin yaxşılaşması, həyat səviyyəsinin yüksəlməsi üçün ciddi irəliləyişlərin əldə olunacağını bildirdi.
Daha sonra icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, yolların salınması və əsaslı təmir edilməsini, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğuladı. O cümlədən Yasamal rayonunda ötən ilin əvvəlindən başlayaraq mövcud problemlərin həllinə yönəlmiş və hal-hazırda davam etdirilən, yaxın gələcəkdə rayonun bütün ərazisini əhatə edəcək iri miqyaslı abadlıq-quruculuq işlərinin 2019-cu ildə də davam etdiriləcəyini və bu il ərzində daha 24 abad məhələnin salınacağını qeyd etdi.
Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər. Sakinləri maraqlandıran məsələlər əsasən kommunal xidmətlər, məcburi köçkünlərin mənzil məslələri və su ilə bağlı olduğundan problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.