Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Heydər Əliyev Mərkəzində Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi

25 aprel 2019 | 11:00

Aprelin 25-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Nazilə Rəhimova, 1 Sayli Bakı Tibb Kolleci və 2 saylı Bakı Baza Tibb Kollecinin müəllim və tələbə heyəti, Akademik Zərifə Əliyeva adına liseyinin müəllim və şagirdləri iştirak etdilər.

Qonaqlar ilk öncə Mərkəzin “Muzey” bölməsi ilə tanış oldular, ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.

Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Günel Həsənova açaraq görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın keçdiyi ömür yolundan geniş məruzə ilə çıxış etdi.

Zərifə xanım Əliyevanın fotolarından ibarət musiqili slayd nümayiş olundu.

Akademik Zərifə Əliyeva adına liseyin,1 sayl Bakı Tibb Kollecinin, 2 saylı Bakı Baza Tibb Kollecinin müəllimləri çıxışlarında Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən, oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olduğunu  vurğuladılar.

Yasamal rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Nazilə Rəhimova çıxışında sadəliyi və təvazökarlığı ilə nümunə olan, görkəmli ictimai xadim Zərifə xanım Əliyeva xeyirxah və nəcib bir insan kimi ölkəmizin hər bir bölgəsində insanlar arasında olub, onlara yardım etməyi özünün həyat amalı hesab edib.

Keçidlər