Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbulu sakinlər tərəfindən maraqla qarşılandı

18 aprel 2019 | 11:00

Aprelin 18-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, 18 nömrəli məktəbdə keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək iştirakçılara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzəfələrə dair iclasındakı çıxışında qeyd etdiyi kimi 2019-cu ilin əvvəlindən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verdi. Əziz Əzizov səyyar qəbul-görüşə gələnlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq Yasamal rayonunda ötən ilin əvvəlindən başlayaraq mövcud problemlərin həllinə yönəlmiş və hal-hazırda davam etdirilən, yaxın gələcəkdə rayonun bütün ərazisini əhatə edəcək iri miqyaslı abadlıq-quruculuq tədbirləri barədə məlumat verdi. Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyuata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova mqraciətlər etdilər. Sakinləri maraqlandıran məsələlər əsasən kommunal xidmətlərlə əlaqədar olduğuna görə onların müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Səyyar qəbul-görüşün sonunda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşlərə daha çox sakinin dəvət olunması ilə bütün zümrələrə diqqətin artırılmasının zəruriliyini qeyd etdi və rayon sakinlərini bu tədbirlərdə daha fəal iştirak etməyə çağırdı.

Keçidlər