Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda kənd təsərrüfatı yarmarkalarının sayı artırıldı

13 aprel 2019 | 11:00

Əhalinin müracitələri nəzərə alınaraq Yasamal rayonunda kənd təsərrüfatı yarmarkalarının sayı artırıldıə artıq yasamal rayonunda 4 ünvanda – Yeni Yasamal – 2, 8 nömrəli evin arxasında istirahət parkı ilə üz, Dadaş Bünyadzadə küçəsi, 7 nömrəli binanın yanında, Şərifzadə və N.Hikmət küçələrinin kəsişməsində və İnşaatçılar metrosunun yanında təşkil olundu. Yarmarkada respublikamızın müxtəlif bölgələrindən olan fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur.

Yasamal rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov yarmarkanın fəaliyyəti ilə tanış olub, satıcılarla, fermerlərlə söhbət edərək onlara yaradılan şəraitlə, satışa çıxarılan məhsulla maraqlanıb. Qeyd edib ki, dövlətimizin başçısının tapşırığı əsasında təşkil edilən bu yarmarkalarda məqsəd kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə yarmarkada sata bilmələri, əhalinin isə ucuz qiymətə bu məhsulları almasıdır. Yarmarkalarda qiymət bazarlardakından xeyli aşağıdır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkaya gətirir və münasib qiymətlərlə alıcılara təklif edirlər.

Xatırladaq ki, rayonda təşkil olunan yarmarkalar hər həftənin şənbə və bazar günləri, davam edəcək.

Keçidlər