Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa Gənclər Olimpiya festivalı-100

12 aprel 2019 | 11:00

Aprelin 12-də Yasamal rayonu A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalına 100 günün qalması qeyd olundu.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində keçirilən bu tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,Milli Məclisin deputatı Ağacan Abıyev, Milli Olimpiya Komitəsinin , Təhsil Nazirliyinin əməkdaşları , 20 nömrəli məktəb-liseyin müəllim və şagirdləri iştirak etdilər.

A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey İspaniyanın təhsil ocağı ilə qardaşlaşmış olduğundan iştirakçılar əvvəlcə İspaniyanın mədəniyyəti, dostluq əlaqələri, tarixi və adət-ənənələri ilə bağlı rəsm sərgisinə baxdılar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra idmançı şagirdlərin müxtəlif oyunlar üzrə nümayişləri oldu.

Tədbirin sonunda İspaniyanın mətbəx nümunələrinin təamları nümayiş olundu.

“Olimpiya mədəniyyəti və təhsil proqramı” cari ilin iyulunda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclərinin Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi, həmçinin Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə reallaşdırılır. Proqramın məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyəti, idmanı və Olimpiya hərəkatını təşviq etməkdir.

Keçidlər