Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü keçirildi

11 aprel 2019 | 11:00

Aprelin 11-də Yasamal rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində yerləşən 21 saylı tam orta məktəbin akt zalında Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sənayenin, aqrar sahənin dəstəklənməsi və maxtəlif infrastruktur sahələrinin inkişafı istiqamətində işlərin davam etdiriləcəyini, məşğulluğun artırılması, yoxsulluğun azaldılması və əhalinin sosial müdafiəsi və təminatı istiqamətində mühüm addımların atılacağını bildirdi. Azərbaycan Respublikası Prezidentinin apardığı daxili və xarici siyasi kurs, həyata keçirdiyi islahatların xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığı xüsusi qeyd olundu. Əziz Əzizov Yasamal rayonunda davam edən  iri miqyaslı abadlıq-quruculuq işlərinin əhəmiyyətindən, bu ildən rayon ərazisində bu işlərin artıq digər sahələri əhatə etməsindən, xüsusilə bu tədbirlərin daha çox Yeni Yasamal yaşayış massivinin ərazisində aparılmasından  danışdı. Bundan başqa, İcra Hakimiyyətinin Başçısı İtaliyanın Roma şəhərindəki orta təhsil müəssisələrindən biri ilə Yasamal rayonunun 158 saylı tam orta məktəbinin qardaşlaşmasına dair məlumat verərək bu beynəlxalq əməkdaşlıq nümunəsinin perspektivləri barədə ətraflı söhbət açdı.

Səyyar qəbul-görüşdə sakinləri maraqlandıran suallara ətraflı cavablar verildi, bir sıra məsələlərin operativ qaydada həlli üçün göstərişlər verildi.

Keçidlər