Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Azərbaycan Respublikasının on milyonuncu sakininə həsr olunan bayram tədbiri keçirildi

07 aprel 2019 | 11:00

On milyonuncu sakinə həsr olunan tədbirlər çərçivəsində Yasamal rayonun mərkəzi parklarından biri olan Hüseyn Cavid parkında  izdihamlı bayram konserti keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Bələdiyyəsinin sədri və üzvləri, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru və əməkdaşları,  rayonun tam orta, orta ixtisas və ali məktəbləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon sakinləri iştirak etdilər.

Əvvəlcə rayonun orta məktəb şagirdləri və gəncləri “Azərbaycan – 10 000 000” fləşmobu nümayiş etdirdilər. İçtirakçılar 10 milyon yazdılar, bayrağımızın rənglərinə uyğun şarlar havaya buraxıldı və fəvvarənin ətrafında yallı getdilər.

Sonra parkın mərkəzində quraşdırılmış səhnədə tamaşaçılara tanınmış müğənnilər – Azərbaycan Respublikasının Əməkdar artisti Elza Seyidcahan, tanınmış incəsənət ustaları, Azərbaycan Dövlər Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri, İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin, Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin mahnı və rəqs qruplarının, 4 saylı  Uşaq İnkişaf Mərkəzinin rəqs kollektivlərinin və nağaraçılar qrupunun ifasında konsert proqramı təqdim olundu. Böyük izdihamla müşaiyət olunan tədbirdə ifaçıların mahnı və rəqsləri tamaşaçılar tərəfindən maraqla qarşılandı. Tədbir boyu Azərbaycan bayrağı əzəmətlə dalğalanırdı. Böyük şair-dramaturq Hüseyn Cavidin adını daşıyan parkda sakinlər əsl bayram coşğusu yaşadılar.

Tədbirin sonunda Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə bağlı və rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxs Yasamal rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olundular.

Keçidlər