Şriftin ölçüsü :

Saytın rəngi :

Abad məhəllələrdə Novruz bayramı şənlikləri davam edir

23 mart 2019 | 11:00

Martın 23-də Yasamal rayonu Məmməd Rahim küçəsi 20 saylı binanın həyətində, Yasamal rayon İcra Hakimiyyəti tərəfindən salınmış abad məhəllədə Bakı şəhəri İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı şənliyi keçirildi.

Bayram şənliyində Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının və Yasamal rayon İcra Hakimiyyətini Başçısı Aparatının məsul işçiləri, Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, rayon bələdiyyəsinin, orta ümumtəhsil, səhiyyə və digər idarə, müəssisə və təşkilatların kollektivləri, rayon sakinləri iştirak etdilər. Bayram şənliyində tamaşaçılara incəsənət ustalarının konsert proqramı təqdim olundu. Nağıl qəhrəmanları personajlarını xüsusilə uşaq və yeniyetmələr böyük maraqla qarşıladılar.

Bayram konsertində iştirakçıların təşkil etdiyi rəqslər tədbirin cazibədarlığını və rayon sakinlərinin tədbirə olan marağını daha da artırdı.

Keçidlər