Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Novruz bayramı şənlikləri davam edir

20 mart 2019 | 11:00

Martın 20-də Yeni Yasamal yaşayış massivində yerləşən, baxımsızlıqdan yararsız vəziyyətə düşmüş, lakin ötən il Yasamal rayon icra Hakimiyyəti tərəfindən əsaslı təmir olunaraq istifadəyə verilımiş istirahət parkında Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatının təşkilatçılığı ilə Novruz bayramı bir daha qeyd edildi.

Bayram şənliyində Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov, rayon İcra Hakimiyyətinin Başçısı Aparatının, rayon bələdiyyəsinin, orta ümumtəhsil, səhiyyə və digər idarə, müəssisə və təşkilatların kollektivləri, rayon sakinləri və yaşayış massivində məskunlaşmış məcburi köçkünlər iştirak etdilər. Bayram şənliyində tamaşaçılara Yeni Yasamal yaşayış massivində yaşayan sakinlərdən və məcburi köçkünlərdən ibarət həvəskar sənətçilərin konsert proqramı təqdim olundu. Kəndirbazların çıxışlarını iştirakçılar, xüsusilə uşaq və yeniyetmələr böyük maraqla qarşıladılar. Novruz tonqalı şənliyə əsl bayram ab-havası gətirdi.

Bayram şənliyi iştirakçıları üçün təşkil edilmiş ödənişsiz ictimai iaşə xidməti tədbirin cazibədarlığını və rayon sakinlərinin tədbirə olan marağını daha da artırdı.

Keçidlər