Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Novruz bayramı qeyd edildi

19 mart 2019 | 11:00

Martın 19-da Akim Abbasov küçəsində yerləşən Yasamal istirahət parkında Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatının təşkilatçılığı ilə ilaxır çərşənbə və Novruz bayramı qeyd edildi.

Bayram şənliyində Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının, rayon bələdiyyəsinin rəhbərləri, rayonun ali, orta-ixtisas, orta ümumtəhsil, səhiyyə və digər idarə, müəssisə və təşkilatların kollektivləri, ictimai birliklərin nümayəndələri, eləcə də rayon sakinləri iştirak etdilər. Bayram şənliyində Novruz bayramının qədim zamanlardan mövcud olan atributları ilə bərabər qədim adət-ənənələri, milli folklor nümunələri və xalq oyunlarını özündə əks etdirən maraqlı proqram tamaşaçılar tərəfindən coşqu ilə qarşılandı. Kəndirbazların çıxşları, milli idman növlərinin nümayişi, milli mətbəximizə aid olan təamlar və şirniyyatlar, əyiricilik sənətinə aid dəzgahlarda əyani şəkildə təbbi ip hazırlanması, bahar qızın çıxışları və Novruz bayramı atributları kosa və keçəlin məzhəkələri xüsusi rəğbətlə qarşılandı. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Ağalar Bayramovun ifasında Dədə Qorqud obrazının canlandırılması bayram şənliyini daha da təsirləndirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə “Ölkəmizi tanıyaq” devizi altında martın 15-dən 18-dək Naxçıvan Muxtar Respublikasında səfərində olmuş təhsildə xüsusi nailiyyətləri olan Yasamal rayon məktəblilərinin Novruz şənliyində iştirakı maraqqla qarşılandı. Azərbaycan Kazaklar İttifaqının təşəbbüsü ilə rusdilli şagirdlər arasında müxtəlif müsabiqə və yarışmaların keçirilməsi ölkəmizdə dini etqad azadlığı və tolerantlığın tazahürü kimi çox böyük maraq doğurdu. Novruz tonqalı şənliyə əsl bayram ab-havası gətirdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti, İ.Əbilov adına Mədəniyyət Mərkəzi, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi və rayon Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanaraq təqdim edilən konsert proqramı şənlik iştirakçılarında yüksək əhval-ruhiyyə və xoş ovqat yaratdı. Konsert proqramında yeniyetmə və gənc istedadlarla bərabər bir çox tanınmış sənətçilər də çıxış etdilər.

Bayram şənliyi iştirakçıları üçün təşkil edilmiş ictimai iaşə xidməti tədbirin cazibədarlığını və rayon sakinlərinin tədbirə olan marağını daha da artırdı.

Keçidlər