Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə xeyriyyə tədbiri

18 mart 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Heydər Əliyev Mərkəzində xalqımızın ulu bayramı, bərəkətimizin təməli, füsunkar “Novruz”un gəlişi münasibətilə xeyriyyə tədbiri keçirdi.

Böyük Vətən müharibəsi, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, “Qızıl Aypara”, Korlar, Əlil Qadinlar, Çernobıl və 20 Yanvar şəhid və əlilləri cəmiyyətləri, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayonun aztəminatlı sakinlərinin, rayonda məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə təşkil olunan tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək hər kəsi Novruz Bayramı münasibəti ilə təbrik edərək qeyd etdi ki, Novruz bayramı baharın, yeni həyatın rəmzidir. Bu bayram həm də, demək olar ki, multikulturalizmin simvoludur. Çünki Novruz bayramı Zərdüştlükdən qalan bayram olsa da, zaman keçdikcə Azərbaycanda yaşayan müxtəlif xalqlara, mədəniyyətlərə təsir göstərib və özünəməxsusluq qazanıb. Sovet dövründə xalqımız bu bayramın keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlərlə üzləşirdi. Lakin müstəqilliyimizin bərpasından sonra xalqımız bu bayramı azad şəkildə, rahat qeyd edir. Zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur. Novruzun sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğunu deyib, bu bayramın yenidən Qarabağ torpaqlarında keçiriləcəyinə əminliyini ifadə edib.

Novruz Bayramı ilə əlaqədar Yasamal rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 200-dən çox ailəyə ərzaq yardımı paylandı.

Keçidlər