Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçılarının rayon ictimaiyyəti ilə görüşü

13 mart 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyətində növbəti “Ölkəmizi tanıyaq” tur-aksiyasına həsr olunmuş tədbir keçirildi.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi. Sonra məktəblilər və rayon rəhbərliyi ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini yad etdilər.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, artıq altıncı ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb. Bu layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.Qeyd edildi ki, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 23444 nəfərə çatıb.Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində mart ayının 15-18-də Yasamal rayonundan olan 27 məktəbli Naxçıvan istiqaməti üzrə səfər edəcək və eyni zamanda, tarixi məkanlarla, milli adət-ənənələrlə yaxından tanış ola biləcəklər.

Rayon ağsaqqallar şurasının sədri akademik Kərim Kərimov gənclərə dövlət qayğısının vacibliyindən danışdı, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə gördüyü işləri yüksək qiymətləndirdi.

Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov bildirdi ki, Azərbaycan artıq dünya miqyasında idman ölkəsi kimi tanınır. Nüfuzlu beynəlxalq turnirlərdə, idman yarışlarında, dünya və Avropa çempionatlarında, eləcə də olimpiadalarda yüksək yerlər tutan azərbaycanlı idmançılar öz nailiyyətləri ilə bunu təsdiqləyiblər. Qeyd olundu ki, hər il tur-aksiyalarda intellektual oyunlar təşkil olunur, qaliblərə xatirə hədiyyələri verilir, onlar üçün əyləncəli konsert proqramları təşkil edilir.

31 saylı məktəbin şagirdinin valideyni Rəşid Rzazadə və 18 saylı məktəbin 10-cu sinif şagirdi Kənan Ağayev ölkə başçısının aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğısından söz açdılar və öz təşəkkürlərini bildirdilər.

Tədbirdə məktəblilərin Vətənə həsr etdikləri şerlər maraqla qarşılandı.

Keçidlər