Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ğörüş

07 mart 2019 | 11:00

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar Komitəsinin Yasamal rayon Həmkarlar İttifaqı Komitəsi Yasamal rayon İcra Hakimiyyətində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ğörüş keçirdi. Görüşdə Həmkarlar İttifaqı Komitəsinin sədri Zahir Həsənov Yasamal rayon İcra Hakimiyyəti başçısının aparatında çalışan qadın əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara hədiyyələr təqdim etdi.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar Komitəsinin Yasamal rayon Həmkarlar İttifaqı Komitəsinə Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan bu görüşə görə aparatın qadın əməkdaşları adından öz təşəkkürünü bildirərək ölkəmizdə həyata keçirilən qadın siyasətindən danışdı. Qeyd etdi ki, Azərbaycan qadınının ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında əhəmiyyətli rola malik olması, cəmiyyətdə mühüm yer tutması məhz əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi mütərəqqi dövlət siyasətinin parlaq nümunəsidir.Bildirdi ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu gün Azərbaycan qadınını dünyada uğurla və ləyaqətlə təmsil edir.

Sonda qadınlara qiymətli hədiyyələr və gül dəstələri təqdim olundu.

Keçidlər