Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirəyə həsr olunan tədbir keçirildi

28 fevral 2019 | 11:00

Fevralın 28-də Yasamal rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirəə həsr olunan tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 25-də keçirdiyi müşavirədə toxunduğu məsələlər barədə iştirakçılara geniş məlumat verdi.

Yasamal rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda ölkə başçısının ötən dövrün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair məruzə və çıxışları barədə ətraflı məlumat verildi. Fevralın 25-də keçirilmiş müşavirədə son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, minimum əmək haqqı məbləğinin artırılması, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi, şəhid ailələrinə verilən Prezident təqaüdlərinin artırılması, şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verildi.

Tədbirdə rayon icra Haskimiyyəti başçısının müavinləri, rayon icra Hakimiyyəti başçısı Aparatının şöbə müsirləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin və ictimaiyyət nümayəndələri, ali, orta-ixtisas müəssisələrinin tələbələri və tam orta məktəblərin şagirdləri iştirak etdilər.

Keçidlər