Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi

14 fevral 2019 | 11:00

Fevralın 14-də Yasamal rayon İcra Hakimiyyətinin akt zalında rayonun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ülvi Quliyev və Elşad Həsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai birliklərin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

İclasda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış etdi. Əziz Əzizov hesabat məruzəsində iclas iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 11-də keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans barədə, rayonun sosial-iqtisadi göstəriciləri, rayonda il ərzində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrə dair geniş məlumat verdi. Sonra Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Yasamal rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Ələkbərov, “Elite City” MMC-nin icraçı direktoru Rafayıl Mirzəyev, Milli Məclisin deputatı Ülvi Quliyev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev çıxış etdilər və çıxışlarda hesabat məruzəsinin qənaətbəxş olduğu qeyd olundu.

İclasın sonunda Yasamal rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın qərarı qəbul olundu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət təsdiq edildi.

Keçidlər