Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Yasamal yaşayış massivinin sakinləri rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirirlər

07 fevral 2019 | 11:00

Fevralın 7-də 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində, Əsəd Əhmədov küçəsi, 31, 34, 36, 41 saylı binaların sakinləri ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işlərindən söz açdı və rayon ərazisində də həyata keçirilən bu kimi işlərin dövlət başçısının vətəndaşların firavan həyat şəraitinin təmin olunmasına dair göstərişlərini yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirməkdən ibarət olduğunu diqqətə çatdırdı.

İcra başçısı Əziz Əzizov həmçinin bildirdi ki, ötən il rayonda həyata keçirilən abadlıq işləri sırasında Yeni Yasamal yaşayış massivində yeləşən 1,7 hektar ərazidə istirahət parkının yenidənqurulması sakinlərin rahat istirahəti üçün mühüm əhəmiyyət daşıyır. Yeni Yasamal istirahət parkının ətrafında yerləşən bütün yaşayış binalarının fasadları da əsaslı şəkildə yenidən qurularaq, müasir üslubda üzlənmiş və rənglənmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Abad məhəllə” layihəsinin Yasamal rayonunda da uğurla həyata keçirildiyini bildirən icra başçısı 2018-ci il ərzində 17 yeni abad məhəllə salındığını və geniş miqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini də vurğuladı.

Səyyar qəbul-görüşdə iştirak edən Yeni Yasamal yaşayış massivinin sakinləri rayonda aparılan abadlıq-quruculuq işlərinə, istirahət parkının yenidənqurulmasına görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Rayon sakinləri asfalt örtüyünün vurulması, liftin təmiri və digər sosial problemlərlə bağlı müraciət etdilər.

Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər