Şriftin ölçüsü :

Saytın rəngi :

Başçının 3 nömrəli SİƏD üzrə nümayəndəliyinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat iclası

11 yanvar 2019 | 11:00

11 yanvar 2019-cu il tarixində 1 nömrəli Bakı Tibb Kollecinin akt zalında Yasamal rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat iclası keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon təsərrüfat xidməti sahələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak etdilər.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova çıxış edərək 2018-ci ildə rayon ərazisində həyata keçirilən iri miqyaslı abadlıq və quruculuq işləri, əhalinin sosial və iqtisadi problemlərinin kompleks həlli istiqamətində icra olunan dövlət proqramları və cari işlər haqqında məlumat verdi.

Hesabat məruzəsi ilə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başçısının 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Fərid Pənahov qeyd etdi ki, nümayəndəlik ərazisində 11355 ev təsərrüfatı, 40016 ailə təsərrüfatı üzvü haqqında məlumat qeydə alınmışdır. Yasamal rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2018-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Yasamal rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və tapşırıqlarına əsasən həyata keçirmişdir. Hər il olduğu kimi, 2018-ci ildə nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotu kitabları yoxlanılmış, aparılmış qeydlər bir daha dəqiqləşdirilmiş və bu işlər il ərzində mütəmadi olaraq davam etdirilmişdir. 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının Sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışmışdır. Ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtında daşınması daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülmüşdür. Həmçinin ötən il ərzində nümayəndəliyin ərazisində yaşayan sakinlərin sosial əhəmiyyətli müraciətləri öyrənilmiş, nümayəndəliyə müraciət edən vətəndaşların problemləri araşdırılmış və bu barədə rayon İcra Hakimiyyəti başçısına məlumatlar təqdim edilmişdir.Yasamal Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi rayon ərazisində keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Fərid Pənahov nitqində 2018-ci ildə Azərbaycan Respublikasında Prezident seçkilərinin keçirildiyini, seçkiqabağı dövrdə Yasamal rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibatə ərazi dairəsi üzrə nümayəndəliyi vətəndaşların seçkilərə çağırışını özündə əks etdirən seçki plakatlarının və təşviqat materiallarının yerləşdirilməsi üçün yerlərin müəyyəndirilməsinə dair rayon İcra Hakimiyyəti başçısına təkliflər verdiyini və bu plakatların müəyyən edilmiş yerlərə quraşdırılmasının təmin edildiyini bildirmişdir. Nümayəndə F.Pənahov çıxışında ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektlərinin dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alındığını xatırladaraq, söküntü işlərinin II mərhələsinin də uğurla həyata keçirildiyini və hazırda 1920 evin sakinlərilə əldə edilmiş razılığa əsasən satın alındığını bildirdi. İcra başçısı hazırda İkinci mərhələdə 13 hektar ərazini əhatə edən söküntü ərazisində də yeni yolların çəkildiyini, yaşıllaşdırma və abadlıq işlərinin aparıldığını və III mərhələdə 11 hektar ərazini əhatə edən söküntü ərazisində də işlərin uğurla davam etdiriləcəyini vurğuladı.

Yasamal rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüfət Mərdanov çıxış edərək 2019-cu ildə keçiriləcək siyahıyaalınma işlərində və bələdiyyə seçkilərində icra nümayəndəliklərinin üzərinə düşən böyük vəzifələri qeyd edərək, nümayəndəliklərin xalqla yüksək orqanlar arasında körpü rolunu oynamasını bildirdi. 3 nömrəli nümayəndəliyin hesabatını qənaətbəxş hesab etdikdən sonra nümayəndəliyə gələcək iş fəaliyyətində uğurlar arzuladı.

17 saylı Yasamal III seçki dairəsinin sədri Qədir Kərimov, Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev son illər Yasamal rayonunda görülən əzəmətli quruculuq işlərindən danışmış, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə göstərilən xidmətin daim diqqət mərkəzində olduğunu və nümayəndəliyin ərazisində keçirilən bütün tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirakını qeyd etmişlər.Yasamal 17 saylı III seçki dairəsinin sədri Qədir Kərimov nümayəndəliklə qarşılıqlı iş birliyi haqqında çıxış etmişdir.

Sonda 3 nömrəli SİƏD üzrə Nümayəndəsinin müavini İlkin Həsənov tərəfindən hesabat iclasının yekununa dair qərar layihəsi oxundu.

Yığıncaqda iştirak edənlər rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci il üçün hesabatını qənaətbəxş hesab etdilər. Hesabat yığıncağının yekununda müvafiq qərar qəbul olundu.

Keçidlər