Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə rayon toplantısı

31 yanvar 2019 | 11:00

31 yanvar 2019-cu il tarixdə Yasamal rayon Heydər Əliyev Mərkəzində 2 fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə rayon gənclərinin yekun toplantısı keçirildi.

Toplantıdan öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin muzey bölməsində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Mərkəzin foyesində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Pərviz Ələkbərlinin rəsm işlərindən ibarət sərgisi nümayiş etdirildi.

Toplantını açıq elan edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tədbir iştirakçılarını Azərbaycan Gəncləri günü münasibəti ilə təbrik edərək bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu gün respublikamızın hər yerində olduğu kimi Yasamal rayonunda da geniş şəkildə qeyd edilir. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin ali orqanı olan I Forumun keçirildiyini, I Forumda Ümummilli lider Heydər Əliyevin proqram xarakterli çıxışında gənclərin qarşısına mühüm vəzifələr qoyulduğunu toplantı iştirakçılarının diqqətinə çatdırdı. İlham Səfərov qeyd etdi ki, 1997-ci ildə ulu öndər Heydər Əliyev gənclərin istək və arzularını nəzərə alaraq 2 fevral tarixinin Azərbaycan Gəncləri günü elan edilməsi barədə müvafiq sərəncam imzalamışdır. Bu ümummilli liderin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsi olduğunu və beləliklə Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq Azərbaycanda qeyd olunduğunu xüsusi ilə vurğuladı.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov toplantıda çıxış edərək 2 fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə gəncləri təbrik etmiş, çıxışında gənclərin ölkənin ictimai-siyasi həyatında fəallıqlarından söz açaraq qeyd etdi ki, müasir gənclər cəmiyyətin aparıcı qüvvəsi olaraq hər zaman yenilik və müasir düşüncəyə malik olan ideyaların həyata keçirilməsində öncül olmuşlar. Gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görüldüyünü qeyd etdi. Vurğuladı ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkə başçısı cənab İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, onların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılan şərait və imkan böyük qətiyyətin nəticəsidir. Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqələrdən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. Gənclərin xüsusi diaspor fəaliyyətinə, fəallıqlarına toxunaraq qeyd edilmişdir ki, müasir gənclər son illər mötəbər forumlarda Azərbaycan həqiqətlərini dünya dövlətlərinə çatdırılmasında mühüm rol oynayırlar.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov toplantıda çıxış edərək gənclərin hərtərəfli inkişafı məqsədilə Dövlət Proqramı çərçivəsində Gənclər Fondunun yaradılması barədə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci ildə imzalanmış sərəncamdan söz açaraq vurğuladı ki, gənclər siyasətinin müxtəlif sahələri üzrə yüzlərlə gənc bu fürsətdən yararlanaraq hər il lahiyələrin reallaşması üçün yaradılmış imkandan istifadə edirlər. Gənclərin ölkə hüdudlarından kənarda elm, təhsil, mədəniyyət və idmanda əldə etdiyi uğurlarını, dövlətin dəstəyini xüsusi olaraq vurğulayan Raqif Abbasov qeyd etdi ki, bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir.

Sonra toplantıda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva «Gənclərin ölkənin ictimai-siyasi həyatında rolu» mövzusunda, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov «Dövlət gənclər siyasətinin həyata keçirilməsində tələbə gənclər təşkilatlarının rolu» mövzusunda, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov «Azərbaycanın elmi gəncliyinə diqqət və qayğı dövlət siyasətinin əsası kimi» mövzusunda, Azərbaycan Respublikasının Gənclər Fondunun beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiri Vüsalə Niftəliyeva «Kreativ gənclərin inkişafında Gənclər Fondunun rolu» mövzusunda çıxışlar etdilər.
Toplantıda 2 fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə və rayonun ictimai həyatında fəal iştirakına görə, habelə dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə bir qrup fəal gənc fəxri fərman və xatirə hədiyyələri ilə təltif olundular.

Tədbirdə rayon ərazisində fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup gənc alimi, ali və orta ixtisas təhsil müəssisələrinin bir qrup tələbələri, idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər, siyasi partiyaların, ictimai təşkilatların, Qeyri -Hökumət Təşkilatlarının nümayəndələri iştirak etdilər.

Keçidlər