Şriftin ölçüsü :

Saytın rəngi :

Başçının 4 nömrəli SİƏD üzrə nümayəndəliyinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat iclası

16 yanvar 2019 | 11:00

16 yanvar 2019-cu il tarixində 308 saylı tam orta məktəbin iclas zalında Yasamal rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat iclası keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon təsərrüfat xidməti sahələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak etdilər.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şəbəsinin müdiri Rüfət Mərdanov çıxış edərək Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılmasının Ulu Öndər Heydər Əliyevin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafının Prezident İlham Əliyevin adı ilə bağlı olduğundan bəhs etdi. Həmçinin dövlət başçısının tapşırığı ilə Bakıda parkların əsaslı şəkildə yenidən qurulması və ya yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün yüksək standartlara uyğun istirahət guşələrinin yaradılması istiqamətində son illər ardıcıl tədbirlər görüldüyünü, nəticədə Bakının hər yerində olduğu kimi Yasamal rayonunda da aparılan abadlıq-quruculuq işləri bu rayonu paytaxtın ən gözəl məkanlarından birinə çevirildiyini qeyd etdi. Belə ki, görülən işlər çərçivəsində uzun müddət baxımsız vəziyyətdə olan istirahət parkı əsaslı şəkildə yenidən qurulub və 1,7 hektar ərazidə abadlıq işləri aparılıb. Parkın yararsız vəziyyətə düşmüş ərazisi tam təmizlənərək torpaq təbəqəsi yenilənib və yaşıllıq zonası salınıb.Yeni Yasamal istirahət parkının ətrafında yerləşən bütün yaşayış binalarının fasadları da əsaslı şəkildə yenidən qurulub, müasir üslubda üzlənib və rənglənib. Müxtəlif təyinatlı kiçik həcmli ticarət və xidmət obyektlərinin xarici görünüşünün yenilənməsi işləri də aparılıb. Ötən il dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak etdi, Agentliyin yeni yaşayış kompleksinin təməlini qoydu. Sonra dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yerləşən istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldular. Bu gözəl hadisə hər birimizin, xüsusən də Yasamal sakinlərinin əsl bayram sevincinə səbəb olaraq rayonumuz üçün 2018-ci ilin ən yaddaqalan hadisəsinə çevrildi.

Rüfət Mərdanov çıxışındqa 2019-cu ildə keçiriləcək siyahıyaalınma işlərində və bələdiyyə seçkilərində icra nümayəndəliklərinin üzərinə düşən böyük vəzifələri qeyd edərək, nümayəndəliklərin xalqla yüksək orqanlar arasında körpü rolunu oynamasını bildirdi. 4 nömrəli nümayəndəliyin hesabatını qənaətbəxş hesab etdikdən sonra nümayəndəliyə gələcək iş fəaliyyətində uğurlar arzuladı.

Hesabat məruzəsi ilə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başçısının 4 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Vasif Əkbərov qeyd etdi ki, nümayəndəlik 14792 ailə təsərrüfatı, 50681 nəfər təsərrüfat üzvündən ibarətdir.Yasamal rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2018-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Yasamal rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və tapşırıqlarına əsasən həyata keçirmişdir. Hər il olduğu kimi, 2018-ci ildə nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotu kitabları yoxlanılmış, aparılmış qeydlər bir daha dəqiqləşdirilmiş və bu işlər il ərzində mütəmadi olaraq davam etdirilmişdir. 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının Sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışmışdır. Ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtında daşınması daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülmüşdür.

V.Əkbərov çıxışında həmçinin bildirdi ki, cənab Prezident İlham Əliyev daim respublikanın bütün regionlarına, o cümlədən Bakının inkişafına, gözəlliyinə, tikinti işlərinin müasir tələblərə uyğun aparılmasına, arxitekturasına xüsusi fikir verir, paytaxtın dünyanın təmiz şəhərləri arasında ön sıralarda yer alması üçün çalışır. Bununla əlaqədar olaraq 2018-ci ildə Bakının digər rayonları kimi Yasamal rayonunda da tədbirlər planı hazırlanmış və Yeni Yasamal parkı bərpa edilmişdir. İlin əvvəlindən etibarən mənəvi borcumuz hesab edilən “20 Yanvar” şəhidlərinə həsr edilmiş tədbirlərdə, onların xatirəsinə ucaldılmış abidənin ziyarətində, kollektiv olaraq “Şəhidlər Xiyaban”ına gedərək şəhidləri yad etmiş, o cümlədən “Xocalı faciəsi”nə həsr edilmiş bir çox ictimai xarakterli tədbirlərdə, yaxından iştirak etmişdir. Nümayəndəliyin ərazisində “Mədinə” adlı yeni uşaq bağçası körpələr evi açılmışdır. Həmin açılışda nümayəndəliyin əməkdaşları iştirak etmiş və gələcək işlərində də daim onlara dəstək olacağını bildirmişdir. Nümayəndəliyin ərazisində “A” keçidi kimi adlanan küçəyə aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəmanımız polkovnik-leytenant Murad Mirzəyevin adı verilmişdir. Nümayəndəliyin əməkdaşları hər zaman şəhid ailələri ilə maraqlanır və onların sosial problemlərinin həllində yaxından iştirak edir. 2018-ci il Azərbaycan Respublikasında Prezident seçkiləri ili olmuşdur. Kollektivimiz bu seçkilərdə aktiv iştirak etmiş, vətəndaşların səsvermədə sərbəst iştirakına köməklik göstərmişdir.

Ötən il ərzində Yasamal rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə 34 nəfər müxtəlif problemlərin həlli məqsədilə müraciət etmiş, 34 nəfərin isə şifahi müraciəti icraata götürülmüşdür. Eyni zamanda 2018-cı il ərzində nümayəndəliyə 72 məktub daxil olmuş, müxtəlif idarələrə, təşkilatlara isə 153 ədəd yazılı məktub göndərilmişdir.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri - şura üzvü Rüfət Mərdanov, 308 nömrəli tam orta məktəbin direktoru Təranə Məmmədova,19 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Kamal Ismayılov, Yasamal rayon Gənclər Təşkilatının sədri Ramin Cəbrayılov,Yasamal rayon Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Bəhram Şeydayev, Yeni Yasamal sakini Təranə Salahova çıxış edərək nümayəndəliyin 2018-ci il ərzində gördüyü işlər haqqında danışaraq hesabatın qənaətbəxş olduğunu qeyd etdilər.

Sonda Nümayəndəliyin aparıcı-mütəxəssisi Məmməd Məmmədov hesabat yığıncağının qərar layihəsini oxudu.

İclas iştirakçıları Nümayəndəliyin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekun hesabatını qənaətbəxş hesab edilməsinə qərar verdilər.

Keçidlər